Ağcabədidə ağır qəza: 1 ölü, 1 yaralı - Foto

16:36 - 23 Mart 2026 - GÜNDƏM

 Ağcabədidə ağır qəza: 1 ölü, 1 yaralı - Foto

Ağcabədidə iki minik avtomobili toqquşub, sürücülərdən biri ölüb, digərinin vəziyyəti ağırdır.

BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, qəza hadisəsi rayonun Hindarx qəsəbəsi ərazində baş verib.

Qəsəbə sakini 1987-ci il təvəllüdlü Şaiq Tofiq oğlu Ələsgərov idarə etdiyi "Mersedes" markalı avtomobillə hərəkətdə olarkən 1996-cı il təvəllüdlü Bayram Zöhrab oğlu İsmayılovun "Hunday" markalı avtomobili ilə toqquşub.

Nəticədə "Mersedes"in sürücüsü Ş.Ələsgərov hadisə yerində ölüb, digər sürücü B.İsmayılov ağır xəsarətlə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Bu xəbər hal-hazırda çox oxunur
Namiq villasını nümayiş etdirdi - Video

Faktla bağlı araşdırma başlanıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol