Xankəndi şəhərində Novruz və Ramazan bayramları münasibətilə konsert proqramı təşkil olunub.
Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən BUTA.TV-a verilən məlumata görə, Zəfər meydanında keçirilən tədbir sakinlərlə yanaşı turistlərin də böyük marağına səbəb olub.
Konsert proqramında tanınmış müğənnilər çıxış edərək müxtəlif musiqi nömrələri təqdim ediblər. Tədbir Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonları üzrə xüsusi nümayəndəliyinin dəstəyi, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin təşkilatçılığı ilə baş tutub.
Gecənin sonunda təşkil olunan möhtəşəm atəşfəşanlıq bayram əhval-ruhiyyəsini daha da yüksəldib, şəhərdə unudulmaz mənzərə yaradıb.
Qeyd edək ki, bu kimi tədbirlər bölgədə ictimai-mədəni həyatın canlanmasına və sakinlərin asudə vaxtının səmərəli təşkilinə mühüm töhfə verir.
- Hövsanda müəllim əri tərəfindən qətlə yetirildi
- Xankəndidə atəşfəşanlıq keçirildi
- Nikah öncəsi yoxlanan onlarla cütlükdə xəstəlik aşkarlandı
- Prezident Azərbaycan xalqını təbrik etdi
- Azərbaycana yaz fəsli daxil oldu
- Mehriban Əliyevadan Novruz paylaşımı...
- "Kristal"ın bütün satış ofisləri bayram günlərində də açıq olacaq!
- Borclu kimi axtarışda olan 179 nəfər saxlanıldı - Rəsmi