Deputat Xocalıya köçdü

12:26 - 19 Mart 2026 - GÜNDƏM

 Deputat Xocalıya köçdü

118 saylı Ağdam - Xocalı seçki dairəsinin deputatı Elman Məmmədov doğma yurdundakı evinə köçüb.

BUTA.TV xəbər verir ki, bunu Modern.az-a açıqlamasında Elman Məmmədovun özü deyib.

"Hazırda mən yoldayam, Xocalıya gedirəm. Novruz bayramının tonqalını 34 ildən sonra Xocalıda öz dədə-baba yurdumda - evimin həyətində yandıracam. Builki bayramı qonum-qonşu ilə birlikdə qeyd edəcəyik. Ötənilki Novruz bayramında evim hazır deyildi. Nəhayət bu il fevralın 25-də Xocalıdakı evimin açarı mənə təqdim edildi. Artıq evimə köçmüşəm. Öz evimin həyətində 34 il sonra bayram keçirəcəm", - o bildirib.

Qeyd edək ki, Elman Məmmədov 1950-ci ildə Xocalı şəhərində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib.

Bu xəbər hal-hazırda çox oxunur
Prezidentdən Mixail Zabelin barədə sərəncam

1973-cü ildən Xocalı kənd orta məktəbində müəllim, direktor müavini, direktor işləyib. 1985-ci ildən Xocalı tərəvəzçilik-südçülük sovxozunda partiya təşkilatının katibi, 1987-ci ildən Xocalı İcraiyyə Komitəsinin sədri, 1991–2000-ci illərdə Xocalı İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

2000-ci ildən Milli Məclisin deputatıdır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol