Yeni mənzil alarkən insanı ən çox düşündürən məsələ keyfiyyətdir. Çünki bu seçim illərlə yaşayacağın mühiti müəyyən edir. “Kristal”ın “City Garden Narimanov” layihəsi bu detallara xüsusi önəm verən layihələrdəndir.
Şəhərin tələb görən ərazilərindən birində, “N.Nərimanov” metro stansiyasından cəmi 5 dəqiqəlik məsafədə yerləşən bu meqa yaşayış kompleksi təqdim etdiyi həyat keyfiyyəti ilə seçilir. 17,4 hektar geniş və yaşıllıqla əhatə olunmuş ərazidə inşa edilən layihədə 59,65 m²-dən 169,74 m²-dək, 2, 3, 4 otaq və studiya mənzillər təklif olunur. Mənzillər həm tikintisi davam edən, həm də təhvilə yaxın mərhələlərdə seçim imkanı yaradır.
Layihənin əsas üstünlüklərindən biri mənzillərin premium təmirli şəkildə təhvil verilməsidir. Təmirdə istifadə olunan Almaniya istehsalı “HARO” parketləri, İtaliyanın “GEWISS” elektrik açarları, “Prysmian” yanmayan kabelləri, “Zambaiti Parati” divar kağızları, “GROHE” hamam aksesuarları və “Infinity” keramoqranitləri sakinlərə həm estetik görünüş, həm də uzunömürlü istifadə təmin edir. Bu detallar mənzilin sadəcə “təmirli” yox, həqiqətən premium səviyyədə olmasını təmin edir.
“City Garden Narimanov”da planlama yanaşması da fərqlidir. Mənzillərdə istifadə olunmayan sahələr minimuma endirilib, nəticədə daha kompakt sahədə daha funksional yaşayış əldə edirsən. Bu isə eyni büdcə ilə daha sərfəli seçim deməkdir. Hətta təmir xərclərini nəzərə alsaq belə, bu mənzillər bazardakı bir çox alternativlə müqayisədə daha əlverişlidir.
Tikinti keyfiyyəti isə layihənin ən güclü tərəflərindən biridir. Burada beton pərdə sistemi, tava tipli bütöv təməl və 12 metr dərinliyə enən möhkəm beton dayaqlar tətbiq olunur. Ən vacib fərqlərdən biri armatur birləşmələrində istifadə olunan müasir mufta texnologiyasıdır. Bu sistemdə armatur hissələri birbaşa bir-birinə birləşdirilir və yük poladdan-polada ötürülür. Nəticədə konstruksiya daha dayanıqlı olur və xüsusilə zəlzələ zamanı daha etibarlı davranır.
Satış şərtləri də bu layihəni kifayət qədər cəlbedici edir. 36 ayadək faizsiz, daxili kredit imkanı ilə yanaşı, 20 ilədək ipoteka seçimi də mövcuddur. Eyni zamanda “Evini hissə-hissə al” satış modeli ilə istədiyiniz qədər - 1 m², 3 m² və ya 5 m² ödəniş edib, aylıq öhdəlik, faiz və kredit olmadan mənzil sahibi olmaq mümkündür. Bu yanaşma büdcəni rahat şəkildə planlaşdırmağa imkan yaradır.
Ödədiyin ilkin ödənişin ƏDV hissəsini 30 iş günü ərzində geri alma imkanın var. Sadə desək, ilkin ödəniş edirsən, amma onun bir hissəsi qısa müddətdə sənə geri qaytarılır. Bu isə faktiki olaraq daha az ilkin ödənişlə mənzil sahibi olmaq deməkdir.
“City Garden Narimanov” bu gün həm premium təmirli mənzillər, həm də real və sərfəli şərtlərlə seçilən layihələrdən biridir. Ətraflı məlumat almaq və mənzil seçimi etmək üçün satış ofisinə yaxınlaşa və ya *1544, qısa nömrəsi ilə əlaqə saxlaya bilərsən.
Ətraflı: *1544 və ya 050 293 10 10
Ünvan: Nərimanov rayonu, Xəzri küçəsi
- FHN 3 saylı Uşaq evi sosial xidmət müəssisəsində təlim keçirdi
- "RoboPort" layihəsinin üçüncü sessiyasına start verildi
- “AzerGold”un cari il üzrə Rəqəmsal Fəaliyyət planı təsdiq edildi
- "Nar"ın inklüziv layihəsi 500-dən çox şəxsi bir araya gətirdi
- Onların tibb təhsili yox imiş - Foto
- Bu istiqamət üzrə 30-dan çox peşə hazırlığı kursu təklif edilir
- Bakıda bu avtobus da yenilənir: Gediş haqqı...
- Premium təmirli mənzillər və 36 ayadək faizsiz daxili kredit imkanı...