Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
BUTA.TV xəbər verir ki, Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar, Xocavənd rayonunun Xocavənd, həmçinin Cəbrayıl rayonunun Horovlu kəndlərinə növbəti köç karvanı yola salınıb.
Bu mərhələdə Ağdərə rayonunun Çıldıran kəndinə 3 ailə (13 nəfər), Aşağı Oratağ kəndinə 21 ailə (108 nəfər), Heyvalı kəndinə 7 ailə (34 nəfər), Çapar kəndinə 4 ailə (17 nəfər), Həsənriz kəndinə 6 ailə (29 nəfər), Xocavənd rayonunun Xocavənd kəndinə 11 ailə (36 nəfər), həmçinin Cəbrayıl rayonunun Horovlu kəndinə 30 ailə (131 nəfər) köçürülür.
Qeyd edək ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
- Bakıda yaşayış binasında yanğın başladı
- Baş redaktorun ATƏT-də biabırçı çıxışı - Video
- Avtobuslarda quraşdırılan naməlum cihaz - Foto
- Bakıda motosikletlə BYD toqquşdu: ölən var
- ABŞ Xark adasını işğal edərsə... - İran
- Tovuzda evdə partlayış: 3 nəfər xəsarət aldı - Video
- Bakıda iş adamı canına qəsd etdi - Foto
- DİN və FHN-dən əhaliyə müraciət - Video