Yeniyetməni oğurlayıb pul tələb edənlərə hökm oxundu

17:54 - 16 Mart 2026 - GÜNDƏM

 Yeniyetməni oğurlayıb pul tələb edənlərə hökm oxundu

Adam oğurluğunda təqsirləndirilən Ağa Tarverdiyev, Nurlan Zeynalov, Ruslan Məmmədov, Fazil Hacıyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

BUTA.TV xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ağa Tarverdiyevin 11 il, Nurlan Zeynalov, Ruslan Məmmədov 11 il 6 ay, Fazil Hacıyevin 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama əsasən, Ağa Tarverdiyev digər müttəhimlərlə əlbir olaraq yetkinlik yaşına çatmayan şəxsi oğurlayıb, qanunsuz girov saxlamaqla, azad edilməsi müqabilində ailəsindən pul tələb ediblər.

Bu xəbər hal-hazırda çox oxunur
Tramp İranla müharibədə məğlub olacaq

Onlara qarşı Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə və saxlama) maddəlləri ilə ittiham irəli sürülüb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol