Bakıda kişi keçmiş sevgilisinin üzərinə yandırıcı maddə tökdü

17:18 - 16 Mart 2026 - GÜNDƏM

 Bakıda kişi keçmiş sevgilisinin üzərinə yandırıcı maddə tökdü

Binəqədi rayonunda qadının üzərinə kimyəvi maddə tökərək ona xəsarət yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

BUTA.TV Oxu.az-a istinadən xəbər verir ki, hadisə martın 15-də Binəqədi rayonu 28 May qəsəbəsində baş verib.

1985-ci il təvəllüdlü qadın dayanacaqda olarkən əvvəllər münasibətdə olduğu 1986-cı il təvəllüdlü Alim Babayev tərəfindən üzərinə kimyəvi yandırıcı maddə tökülüb. Nəticədə qadın üz və sol qol nahiyəsindən yanıq xəsarətləri alıb.

Cinayəti törədib hadisə yerindən qaçan həmin şəxs polis əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

Bu xəbər hal-hazırda çox oxunur
Tramp İranla müharibədə məğlub olacaq

Faktla bağlı araşdırma aparılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol