Xocavəndin Xanoba kəndinə ilk köç karvanı yola salındı

12:22 - 14 Mart 2026 - GÜNDƏM

 Xocavəndin Xanoba kəndinə ilk köç karvanı yola salındı

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

BUTA.TV xəbər verir ki, Xocavənd rayonu Xanoba kəndinə ilk köç karvanı yola salınıb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur ərazisi işğaldan azad edildikdən sonra orada bərpa və yenidənqurma işlərinə start verilib. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin yurdlarına qayıdışı prosesi həyata keçirilir.

Bu xəbər hal-hazırda çox oxunur
BTQ beynəlxalq konfrans keçirdi - Foto

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol