Qubadlı şəhərində yerləşən yaşayış məhəlləsinin tikinti-quraşdırma işlərinin hansı şirkət tərəfindən həyata keçiriləcəyi məlum olub.
Publika.az Valyuta.az-a istinadən xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən elan edilən tenderin qalibi Sea Breeze Construction MMC olub.
Məlumata görə, tərəflər arasında 34 milyon 412 min 372,8 manat dəyərində satınalma müqaviləsi imzalanıb. Tender üzrə ehtimal olunan qiymət isə 36 milyon 225 min 492,39 manat təşkil edib. Bu da müqavilənin ilkin dəyərlə müqayisədə daha aşağı məbləğə bağlandığını göstərir.
Qeyd edək ki, "Sea Breeze Construction" 26 may 2022-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 50 manatdır. Qanuni təmsilçisi Elbəy Rzayev Azər oğludur.
"Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
Şirkət əsasən Sea Breeze Resort layihəsi çərçivəsində həyata keçirdiyi genişmiqyaslı tikinti-quraşdırma işləri ilə tanınır.
Xatırladaq ki, Sea Breeze Construction MMC azərbaycanlı iş adamı və sənətçi Emin Ağalarova məxsusdur.
- "Park Yasamal"da ipoteka imkanı ilə hazır mənzillər – "Kristal"
- May ayının havası: intensiv yağışlar...
- Türkiyə Sevinc Hüseynovanı Azərbaycana təhvil verdi
- Kür qalxdı: Kəndləri birləşdirən körpü su altında qaldı - Foto
- Bakıda 61 milyonluq təmir işləri həyata keçiriləcək
- Xalıq Rəhmanova yüksək vəzifə verildi
- 30 illik baş həkimin xəstəxanasında reagent yoxdur
- Əsgərlikdən məzuniyyətə gələn gənc 10 yaşlı oğlanı öldürdü