Bu il ilk dəfə məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesi həyata keçiriləcək.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov mətbuat konfransında deyib.
O bildirib ki, məktəbəqədər təhsil müəssisələri üzrə sertifikatlaşdırmanın oktyabr ayında təşkili planlaşdırılır.
Eşqi Bağırov qeyd edib ki, bu il müəllimlərin sertifikatlaşdırılmasının sonuncu mərhələsi keçiriləcək.
"2022-2025-ci illər ərzində 80 mindən çox müəllim sertifikatlaşdırma imtahanlarında iştirak edib. Bu il göstəricilər artacaq. Düşünürük ki, 90 min müəllimin maaşı differensial qaydada tənzimlənəcək".
- Onların ölkədən çıxışı məhdudlaşdırılacaq
- FHN-in təşkilatçılığı ilə Ağdamda tədbir keçirildi - Video
- Malların gömrük dəyəri manatla bəyan ediləcək
- Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək
- Gömrük Komitəsinin səlahiyyətləri genişləndirilir
- "Azercell" onlara 5 GB internet hədiyyə edir
- 90 min müəllimin maaşı tənzimlənəcək
- Bu evləri satanlar cəzalandırılacaq - Video