Azərbaycanda Göz Bankı açılacaq

13:30 - 28 Aprel 2026 - GÜNDƏM

 Azərbaycanda Göz Bankı açılacaq

Bu gün Azərbaycanda ilk dəfə Göz Bankının açılışı baş tutacaq.

BUTA.TV xəbər verir ki, bunu Milli Oftalmologiya Mərkəzinin direktoru Elmar Qasımov Akademik Zərifə Əliyevanın 103 illiyinə və Milli Oftalmologiya Mərkəzinin 80 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda deyib.

Onun sözlərinə görə, Azərbaycanda gözün buynuz qışasının transplantasiyasının həyata keçirilməsi üçün Göz Bankının yaradılması zəruridir:

“Ötən il Azərbaycanda ilk dəfə meyit donordan gözün buynuz qişası transplantasiya edilib. Bu gün artıq biz Göz Bankının birgə açılışını edəcəyik”.

Bu xəbər hal-hazırda çox oxunur
Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol