Bakı Metropoliteni QSC-də kadr dəyişikliyi olub.
BUTA.TV İqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı QSC-nin sədri Vüsal Aslanov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Toğrul Əliyev QSC-nin Mərkəzləşdirilmiş dispetçer xidmətinin rəisi təyin edilib.
Məlumat Bakı Metropoliteni QSC-dən təsdiqlənib.
Qeyd edək ki, T.Əliyev bu təyinatadək QSC-nin Hərəkət xidmətinin rəis müavini vəzifəsində çalışıb. O, bu ilin yanvarınadək isə Azərbaycan Dəmir Yolları QSC-də Yük əməliyyatları xidmətinin rəisi vəzifəsində işləyib.
- Maliyyə Nazirliyinin kollegiyasının tərkibi genişləndirildi
- Mayın ilk günü hava necə olacaq?
- Bu metro stansiyasının tikintisi təhlükəlidir?
- Xocavəndə növbəti köç karvanı yola salındı
- "AzerGold" QSC-nin birinci rübdə ümumi satış gəlirləri 18% artıb
- Xırdalanda yeni “Kontakt”: Açılışa özəl 60%-dək endirim
- Bakıda bu binaların təmirinə başlanılır
- Sabahdan dəfn pulunu almaq asanlaşdırılır