Azərbaycan hazırda bərabər dəyərli əməyə görə bərabər əməkhaqqı, saatlıq əmək haqqı modelinin tətbiqi və uşaq hüquqlarının qorunması istiqamətində yeni islahatlar üzərində iş aparılır.
BUTA.TV Report-a istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bu gün Bakıda keçirilən "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, Azərbaycanda əmək və məşğulluq sahəsində rəqəmsallaşma genişlənir, eyni zamanda qanunvericilik bazası təkmilləşdirilir.
"Əmək müqavilələrinin 97%-i artıq elektron qaydada rəsmiləşdirilir. İşəgötürənlərlə əməkdaşlıq çərçivəsində "Dost Müfəttiş" layihəsi həyata keçirilir və bu layihə çərçivəsində müəssisələrdə diaqnostik qiymətləndirmələr aparılaraq cərimə tətbiq edilmədən çatışmazlıqların aradan qaldırılması üçün tövsiyələr verilir. Son illərdə əmək qanunvericiliyində geniş dəyişikliklər edilib. Belə ki, Əmək Məcəlləsinin 150-dən çox maddəsinə dəyişiklik olunub, ümumilikdə isə normativ hüquqi aktlara 500-ə yaxın düzəliş edilib", - deyə nazir qeyd edib.
"Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
- 30 illik baş həkimin xəstəxanasında reagent yoxdur
- Əsgərlikdən məzuniyyətə gələn gənc 10 yaşlı oğlanı öldürdü
- Bu xəstəxananın mərhələli şəkildə köçürülməsinə başlanıldı
- Qayınanasının qızıllarını oğurlayıb, özünə nişan etdi
- Eminin şirkəti bu rayonlarda yaşayış məhəlləsi tikəcək
- Aprelin son günü hava necə olacaq?
- “Prezident Kuboku 2026” reqatasının açılış mərasimi...
- Əməliyyat: saxlanılanlar arasında qadınlar da var - Video