Restoran önündə “özəl parkinq”... - Video

12:42 - 28 Aprel 2026 - GÜNDƏM

 Restoran önündə “özəl parkinq”... - Video

Bakıda fəaliyyət göstərən “Court Baku” restoranının qarşısında qeydə alınan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Videoda restoranın önündə yerləşən parklanma sahəsinin bir hissəsində digər sürücülərin avtomobil saxlamasının qarşısını almaq üçün xüsusi qurğu quraşdırıldığı iddia edilir.

İddialara görə, sözügedən ərazi paytaxtda fəaliyyət göstərən “AzParkinq” sisteminə aid parklanma zonası kimi tanınsa da, faktiki olaraq ərazinin bir hissəsi restoran tərəfindən məhdudlaşdırılıb.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi BUTA.TV-ın sorğusuna cavab olaraq bildirib ki, qeyd edilən yer şəxsi mülkiyyətdə olduğu üçün ərazidə ödənişli parklanma məntəqəsi təşkil edilməyib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol