Qazinin faciəli ölümü ilə bağlı təfərrüat

12:26 - 28 Aprel 2026 - GÜNDƏM

 Qazinin faciəli ölümü ilə bağlı təfərrüat

Ötən gün Lerikin Daster kəndi ərazisində avtomobil ustası faciəli şəkildə ölüb.

BUTA.TV Oxu.Az-a istinadla xəbər verir ki, 1999-cu il təvəllüdlü Həmzə Pənah oğlu Mirseyidzadə qohumuna məxsus QAZ-66 markalı yük avtomobilini təmir etdikdən sonra nəqliyyat vasitəsinin texniki vəziyyətini yoxlamaq istəyib.

O, həmin nəqliyyat vasitəsini idarə edərkən onu kənd ərazisində dərəyə aşırıb. Ağır xəsarətlər alan Həmzə Mirseyidzadə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Bu xəbər hal-hazırda çox oxunur
Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı

Qeyd edək ki, H.Mirseyidzadə Vətən müharibəsi iştirakçısı olub, qazi imiş.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol