Ukraynanın dəqiq zərbələri nəticəsində Rusiyanın hava hücumundan müdafiəsi raket çatışmazlığı səbəbindən PUA-ların hücumunu dəf etmək qabiliyyətini itirir.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski deyib.
Onun sözlərinə görə, düşmən (Rusiya – red.) demək olar ki, bütün ərazilərdə hücumu gücləndirib, lakin Ukrayna qüvvələri yeniliklər sayəsində təzyiqləri saxlayır:
"Ukrayna qüvvələri balanslaşdırılmış planlaşdırmaya, innovativ həllərə və mövcud silahlardan səmərəli istifadəyə arxalanır".
O, Rusiya ərazisindəki strateji hədəflərə hücumların effektivliyi barədə də danışıb:
"Bu, Rusiyanın hava hücumundan müdafiə ehtiyatlarının tükənməsinə gətirib çıxarır.
Rusiya sənaye obyektlərinin sistemli şəkildə məhv edilməsi Ukraynanın pilotsuz uçuş sistemlərinə qarşı mübarizə aparmaq üçün artıq raket çatışmazlığı yaşayan düşmənin hava hücumundan müdafiə imkanlarını daha da zəiflədir".
- Leyla Əliyeva ona qolbağını bağışladı
- Bala dair yeni qaydalar hazırlanır
- Amnistiya aktının icrası başa çatdı
- 16 yaşlı oğlanı elektrik cərəyanı vuraraq öldürdü
- Kür çayındakı vəziyyətlə bağlı rəsmi açıqlama
- Rusiyanın məşhur bakılısının ölüm səbəbi açıqlandı
- “Hilton”da atəş Trampın xeyrinə oldu - İki mühüm səbəb
- Dəqiq zərbələr endiririk, rusların raketi tükənib - Sırski