Ali Məclisin deputatlarının maaşı artırıldı

13:38 - 24 Aprel 2026 - GÜNDƏM

 Ali Məclisin deputatlarının maaşı artırıldı

Naxçıvan Ali Məclisinin deputatlarının maaşı ilə bağlı dəyişiklik təsdiqlənib.

BUTA.TV xəbər verir ki, bu barədə politoloq Heydər Oğuz məlumat yayıb.

O bilirib ki, “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Qanunda dəyişikliyi 21 apreldə Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən, bundan sonra Ali Məclisin sədri 15 000 manat, Ali Məclis sədrinin birinci müavini 13 000 manat, Ali Məclis sədrinin müavini 12 000 manat, Ali Məclisin komitə sədri 9 000 manat, Ali Məclisin komitə sədrinin müavini 8 000 manat, Ali Məclisin deputatı 7 000 manat məbləğində maaş alacaq.

Bu xəbər hal-hazırda çox oxunur
Balakişi Qasımovun səlahiyyət müddəti bitdi

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol