Azərbaycan Hava Yolları (AZAL) 2026-cı ilin may ayında bayram və tətil günlərində Naxçıvana səfər etməyi planlaşdıran sərnişinlərə biletlərini əvvəlcədən əldə etməyi tövsiyə edir.
Azərbaycan Hava Yolları QSC-nin Mətbuat xidmətindən BUTA.TV-a verilən məlumata görə, bayram günləri ilə əlaqədar olaraq 9-11 və 27-31 may 2026-cı il tarixlərində Bakı–Naxçıvan–Bakı marşrutu üzrə uçuşlara tələbatın artacağı gözlənilir.
Qeyd olunan dövrdə sözügedən marşrut üzrə gün ərzində 8 müntəzəm reysin (gediş-gəliş 16 reys) həyata keçirilməsi planlaşdırılır. Artan sərnişin tələbatını qarşılamaq məqsədilə qeyd olunan tarixlərdə gün ərzində 5-10 əlavə reysin (gediş gəliş 10-20 reys) həyata keçirilməsi də nəzərdə tutulur. Qeyd edək ki, əlavə reyslərin sayı müvafiq günün tələbatına uyğun şəkildə təyin olunur.
Bununla belə, biletlərin səyahət tarixindən öncə alınması həm sərnişinlər üçün daha rahat planlaşdırma imkanı yaradır, həm də uçuşların daha səmərəli təşkili baxımından məqsədəuyğun hesab olunur.
Aviabiletləri rəsmi veb-səhifədən, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından əldə etmək mümkündür.
- "Son zəng"də yalnız onlar iştirak edə bilər – Təlimat
- Nazirlər Kabineti bu siyahıda dəyişiklik etdi
- Anar Əliyev Mariyana Kuyundziçlə görüşdü
- Bu ilin I rübündə 4 toqquşma hadisəsi baş verib - ADY
- MİQ imtahanında iştirak üçün ödənişin məbləği təsdiqləndi
- Baş nazirdən yeni qərar
- Əli Əsədov səlahiyyəti bitdiyi üçün onu qəbul etdi
- AZAL-dan Naxçıvana səyahət edənlərə çağırış