Ordumuzun ən yaxşı snayperləri müəyyənləşdi

22:22 - 24 Aprel 2026 - GÜNDƏM

 Ordumuzun ən yaxşı snayperləri müəyyənləşdi

Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunda "Ən yaxşı snayper" adı uğrunda yarış keçirilib.

BUTA.TV xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sərrast atıcılıq qabiliyyətinə malik snayper-hərbi qulluqçuların müəyyən edilməsi məqsədilə təşkil olunan yarış xüsusi təlim meydançasında baş tutub.

Hərbi qulluqçuların təchizatı yoxlanıldıqdan sonra onlar əvvəlcədən hazırlanmış atəş mövqelərini tutaraq normativləri icra ediblər.

Bu xəbər hal-hazırda çox oxunur
TƏBİB-də kimlər getdi, kimlər qaldı?

Bir neçə mərhələdən ibarət olan yarışda iştirakçılar müxtəlif atış çalışmaları üzrə bacarıqlarını nümayiş etdiriblər.

Yarışın sonunda mükafatlandırma mərasimi keçirilib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol