Qanunsuz yerləşdirilən balıq torları yığışdırıldı - Foto

14:36 - 28 Aprel 2026 - GÜNDƏM

 Qanunsuz yerləşdirilən balıq torları yığışdırıldı - Foto

Neftçala rayonundakı Baş Mil-Muğan kollektorunun Xəzər dənizinə birləşdiyi ərazidə qanunsuz qurulan balıq torları yığışdırılıb.

BUTA.TV Report-a istinadla xəbər verir ki, Balıqçılıq və Akvakultura Mərkəzi, Su Polsi, İctimai birliklər və yerli icra nümayəndəliklərinin birgə iştirakı ilə Neftçalada Baş Mil-Muğan Kollektorunun Xəzər dənizi ilə qovuşduğu ərazidə reyd keçirilib.

Reyd zamanı əraziyə baxış keçirilərkən kollektor boyunca və onun Xəzər dənizinə töküldüyü hissədə müxtəlif ölçülü və uzunluqda sintetik torlar aşkar olunub.

Əməliyyat zamanı qanunsuz qurulan torlar, eləcə də su axınını tam və ya qismən məhdudlaşdıran dayanıqlı "nevud" qurğuları sudan çıxarılıb. Həmin vasitələr qanunvericiliyin tələblərinə uyğun olaraq götürülüb.

Bu xəbər hal-hazırda çox oxunur
Erməni lobbisi azərbaycanlı alimi hədəf aldı

Müəyyən edilən hallarla bağlı bəzi balıqçılıq alətləri sahiblərinə təhvil verilsə də, qanunsuz istifadə edilən ov vasitələri müsadirə olunub və aidiyyəti üzrə tədbirlər görülüb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol