Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və “Azfen” MMC-nin birgə təşkilatçılığı ilə Cəbrayıl rayonunun Horovlu kəndində əmək yarmarkası keçirilib.
BUTA.TV xəbər verir ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Cəbrayıl rayonunun Horovlu kəndində yerləşən inzibati ofisində keçirilmiş yarmarkada konstruksiya quraşdırıcısı və elektrik üzrə vakansiyalar təqdim olunub.
Aktiv məşğulluq tədbirində vətəndaşlara vakansiyaların tələbləri barədə məlumat verilib, uyğun namizədlərin qeydiyyatı aparılıb. Bundan başqa, yarmarkaya qatılan şəxslərə Agentliyin icra etdiyi məşğulluq proqramları barədə məlumatlar verilib.
- Məktəblərdə neçə gün dərs olmayacaq?
- Bakının bu prospektində dəyişiklik: Yaxın günlərdə...
- Horovlu kəndində əmək yarmarkası keçirildi
- Ramazanın 27-ci günü: Dua, imsak və iftar vaxtı
- Azıx mağarasının inkişaf konsepsiyası təqdim olundu
- Sabah bu rayonda qaz olmayacaq
- Saxta kurslarla bağlı çağırış: Diqqətli olun!
- Yeniyetməni oğurlayıb pul tələb edənlərə hökm oxundu