"RoboPort" layihəsinin üçüncü sessiyasına start verildi

18:14 - 17 Mart 2026 - GÜNDƏM

AZCON Holdinqin şirkətlərindən biri olan ADY-nin “Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin təşəbbüsü ilə həyata keçirilən “RoboPort” robotika, kodlama və STEAM təlim proqramının üçüncü sessiyasının açılış mərasimi keçirilib. Layihə məktəblilərin texnologiya və mühəndislik sahələrində bilik və bacarıqlarını inkişaf etdirməyə yönəlib.

BUTA.TV xəbər verir ki, yeni sessiya üzrə seçim mərhələsində Ələt qəsəbəsində yerləşən 5 məktəbdən olan şagirdlər iştirak ediblər. Ümumilikdə proqrama 144 şagird müraciət edib, keçirilən seçim sorğularının nəticələrinə əsasən 24 şagird təlimlərdə iştirak etmək hüququ qazanıb.

Seçilmiş iştirakçılar hər qrupda 12 nəfər olmaqla iki qrupa bölünüb və robotika, kodlama və STEAM istiqamətlərini əhatə edən təlimlərə cəlb olunublar. Qeyd edək ki, kurslar Bakı Limanının korporativ sosial məsuliyyət (KSM) layihəsi çərçivəsində təşkil olunur və iştirakçılar üçün tamamilə ödənişsiz həyata keçirilir.

Tədris proqramı 7 moduldan ibarət olmaqla 6 ay davam edəcək və proqramı uğurla başa vuran iştirakçılar sertifikatla təmin olunacaqlar.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol