Milli Məclis Novruz və Ramazan bayramları münasibətilə Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib.
BUTA.TV xəbər verir ki, spiker Sahibə Qafarova bildirib ki, bu gün ilaxır çərşənbədir, üç gün sonra da xalqımız Novruz və Ramazan bayramını qeyd edəcək.
"Xalqımızın milli-mənəvi dəyərləri arasında müstəsna yeri olan Novruz birliyi, bərəkəti və bolluğu təcəssüm etdirir. Ramazan bayramı isə insanları həmrəyliyə və əmin-amanlığa dəvət edir".
S.Qafarova təklif edib ki, bayramlar münasibəti ilə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq, onlara xalqın və dövlətin bu günü və sabahı naminə fəaliyyətlərində yeni böyük uğurlar arzulayaq.
Təklif iclas iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
- Bakıda piyadaların vurulması - Anbaan video
- Bu şəxslər peşə tanınması üzrə imtahan verdi
- Rusiya vətəndaşı Ermənistanda öldü
- MM-də müzakirə: Nigar Arpadarai bu qanunun əleyhinə çıxdı
- Bakıda 7 marşrut xəttidə avtobuslar tam elektrikləşdirildi
- MM Prezident və xanımını təbrik etdi
- Sabahın hava proqnozu açıqlandı
- Xətai İH iftar süfrəsi qurdu - Foto