Bakıda bayram tonqalı yanğına səbəb oldu - Video

10:54 - 18 Mart 2026 - GÜNDƏM

 Bakıda bayram tonqalı yanğına səbəb oldu - Video

Bakının Xətai rayonunda həyətlərdən birində qalanan bayram tonqalı yanğına səbəb olub.

BUTA.TV Oxu.az-a istiandən xəbər verir ki, sosial şəbəkələrdə bunu əks etdirən videogörüntü yayımlanıb.

Qeyd olunub ki, hadisə Əhmədli qəsəbəsində baş verib. Küləyin tonqalı daha da alovlandırması nəticəsində yaxınlıqdakı ağaca od düşüb və yanmağa başlayıb.

Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidmətindən fakt təsdiqlənib.

Qeyd olunub ki, Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub.

"Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının doqquzmərtəbəli yaşayış binasının həyətində baş verdiyi müəyyən edilib.

Alov yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində yaşayış binasının həyətində bir ədəd şam ağacı qismən yanıb.

Yaşayış binası və ətraf ərazilər yanğından mühafizə olunub", - deyə məlumatda vurğulanıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol