Dövlət qulluğunda əməkhaqqı sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən son islahatlar çərçivəsində mükafatlandırma mexanizminin ləğv edilməsi nəzərdə tutulur.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bununla bağlı dəyişikliklər Milli Məclisin qəbul etdiyi "Dövlət qulluğu haqqında" Qanunda və digər qanunvericilik aktlarında öz əksini tapıb.
Belə ki, yeni yanaşmaya əsasən, dövlət büdcəsi hesabına ödənilən mükafatlar tamamilə ləğv olunur. Bu dəyişiklik həm kollektiv, həm də fərdi mükafatları əhatə edir. Belə ki, indiyədək dövlət qulluqçularının fəaliyyətinə görə verilən əlavə təşviq ödənişləri artıq mövcud olmayacaq və əmək haqqı sistemi daha vahid və şəffaf struktur üzərində formalaşdırılacaq.
Əvvəlki qaydalara əsasən isə dövlət qulluqçularının mükafatlandırılması üçün hər il dövlət büdcəsində əlavə vəsait ayrılırdı. Bu vəsaitin il ərzində həcmi əməkdaşın aylıq vəzifə maaşının üç misli qədər müəyyən edilirdi və əsasən bayram günləri münasibətilə kollektiv mükafatlar, həmçinin xidmətdə fərqlənən şəxslər üçün fərdi mükafatlar şəklində ödənilirdi.
Beləliklə, aparılan dəyişikliklər nəticəsində əməkhaqqının daha sabit və əvvəlcədən proqnozlaşdırıla bilən olması təmin ediləcək, dövlət qulluqçularının gəlirlərinin daha çox sabit maaş üzərində formalaşmasına zəmin yaradacaq.
- Temperatur 20 dərəcəyə yüksələcək
- 47,8 milyon manatlıq narkotik dövriyyədən çıxarıldı
- “Nar”ın dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
- Bayram günlərində metroda intervallar belə olacaq
- 270 qazi reabilitasiya olunaraq əvvəlki sağlamlıqlarına qovuşdu
- Bu ərazilərə qar yağır
- FHN ticarət mərkəzində təlim keçirdi - Video
- Pulsuz məzar yerləri fantastik qiymətə satılır - Rəsmi açıqlama