Dövlət qulluğunda əməkhaqqı sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən son islahatlar çərçivəsində mükafatlandırma mexanizminin ləğv edilməsi nəzərdə tutulur.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bununla bağlı dəyişikliklər Milli Məclisin qəbul etdiyi "Dövlət qulluğu haqqında" Qanunda və digər qanunvericilik aktlarında öz əksini tapıb.
Belə ki, yeni yanaşmaya əsasən, dövlət büdcəsi hesabına ödənilən mükafatlar tamamilə ləğv olunur. Bu dəyişiklik həm kollektiv, həm də fərdi mükafatları əhatə edir. Belə ki, indiyədək dövlət qulluqçularının fəaliyyətinə görə verilən əlavə təşviq ödənişləri artıq mövcud olmayacaq və əmək haqqı sistemi daha vahid və şəffaf struktur üzərində formalaşdırılacaq.
Əvvəlki qaydalara əsasən isə dövlət qulluqçularının mükafatlandırılması üçün hər il dövlət büdcəsində əlavə vəsait ayrılırdı. Bu vəsaitin il ərzində həcmi əməkdaşın aylıq vəzifə maaşının üç misli qədər müəyyən edilirdi və əsasən bayram günləri münasibətilə kollektiv mükafatlar, həmçinin xidmətdə fərqlənən şəxslər üçün fərdi mükafatlar şəklində ödənilirdi.
Beləliklə, aparılan dəyişikliklər nəticəsində əməkhaqqının daha sabit və əvvəlcədən proqnozlaşdırıla bilən olması təmin ediləcək, dövlət qulluqçularının gəlirlərinin daha çox sabit maaş üzərində formalaşmasına zəmin yaradacaq.
- "Azercell Telecom"dan xüsusi "OPPO" kampaniyası!
- 3 gün əvvəl aldığı motosikletlə qəza törətdi, sevgilisi öldü... - Video
- Hörmüz boğazında Azərbaycan gəmisi var? – Rəsmi
- Altı ay əvvəl prorektor təyin olunan şəxsə yeni vəzifə verildi
- Onlar ali məktəblərə imtahansız qəbul ola biləcək
- İşıqforlarda saniyəölçən tablolar niyə yığışdırılıb? – Rəsmi
- “Uyğun deyil”i “1 tablet” kimi tərcümə etmişik?
- FHN attraksionlara nəzarəti gücləndirdi