Neftçalada qəza baş verib, iki qardaş avtomobillə kanala düşərək ölüblər.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, Qazaxbərəsi kəndində qeydiyyatda olan 2009-cu il təvəllüdlü Rəvan Vüsal oğlu Manaflı və qardaşı 2011-ci il təvəllüdlü Əli Vüsal oğlu Manaflı səhər saatlarında Ramazanlı kəndi ərazisində valideynlərinə məxsus 99 TE 303 Nissan markalı avtomobillə idarə etməni itirərək şor kanala düşüblər. Hər iki qardaş hadisə yerində ölüblər.
Onlar sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
- Sabahın hava proqnozu açıqlandı
- Lənkəranda bu quşlar kütləvi şəkildə qırılır
- Sumqayıtda partlayış: FHN növbəti dəfə müraciət yaydı
- Dumanlı hava: yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Sumqayıtda fərdi ev külə döndü - Foto
- Bir ay ərzində 2-ci dəfə dəm qazından zəhərləndi
- Sürət həddini 200-ə çatdıran sürücü saxlanıldı - Video
- Bakıda 42 yolda hərəkət qismən məhdudlaşdırılır