Sumqayıtda fərdi ev külə döndü - Foto

17:40 - 21 Mart 2026 - GÜNDƏM

 Sumqayıtda fərdi ev külə döndü - Foto

Sumqayıtda fərdi yaşayış evi yanıb.

BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində qeydə alınıb.

Sumqayıt şəhər sakini, 1959-cu il təvəllüdlü Həşim Hacıbaba oğlu Həşimova məxsus ümumi sahəsi 60 kvadratmetr olan fərdi yaşayış evi tamamilə yanaraq yararsız hala düşüb.

Hadisə yerinə yanğınsöndürən qüvvələr cəlb olunub və alovun ətrafa yayılmasının qarşısı alınıb.

Yanğının başvermə səbəbləri araşdırılır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol