Bu gün Bakı vaxtı ilə saat 18:45:53-də Azərbaycana yaz fəsli daxil olub.
BUTA.TV xəbər verir ki, bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.
Belə ki, Günəş ekliptika üzrə hərəkət edərək, ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır.
Bu il yaz fəslinin uzunluğu 92 gün 17 saat 38 dəqiqə 28 saniyə olacaq.
Qeyd edək ki, XXI əsrdə yaz bərabərliyi günü 19 mart tarixinə 20 dəfə, 20 mart tarixinə 78 dəfə, 21 mart tarixinə isə cəmi 2 dəfə düşəcək.
- Prezident Azərbaycan xalqını təbrik etdi
- Azərbaycana yaz fəsli daxil oldu
- Mehriban Əliyevadan Novruz paylaşımı...
- "Kristal"ın bütün satış ofisləri bayram günlərində də açıq olacaq!
- Borclu kimi axtarışda olan 179 nəfər saxlanıldı - Rəsmi
- Bu ərazilərdə nəzarət daha da artırıldı - DİN
- Yollarda görünüş məsafəsi məhdudlaşacaq - Diqqət!
- Sabahın havası bu şəxslər üçün əlverişlidir