Baş prokurorunun aylıq vəzifə maaşı 3260 manatdan 13750 manata qaldırılır.
BUTA.TV xəbər verir ki, bu, Prezident İlham Əliyevin Fərmanı ilə “Azərbaycan Respublikası prokurorluq orqanları işçilərinin maddi və sosial təminatı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 8 oktyabr tarixli 1054 nömrəli Sərəncamında edilən dəyişiklikdə əksini tapıb.
Sərəncama əsasən, Baş prokurorun birinci müavininin aylıq vəzifə maaşı 12650 manat, Baş prokurorun müavininin aylıq vəzifə maaşı 12100 manat müəyyən edilib.
Qeyd olunan vəzifə maaşları “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33-4.3-cü maddəsinə uyğun olaraq əməyin beşinci ödəniş pilləsinə əsasən müəyyən edilib.
- Daha bir şirkətin vergi borcu üzə çıxdı
- Nəriman İskəndərov Azərbaycana ekstradisiya ediləcək
- Məzahir Pənahovun maaşı bu qədər artdı
- Kamran Əliyevin maaşı 10490 manat qaldırıldı
- MSK üzvlərinin maaşları artırıldı
- Dövlət qulluqçularının maaşlarının baza hissəsi artırıldı
- Yeni vəzifə maaşları: Baş nazir 17160 manat, nazir isə...
- Qəbiristanlıqlarda mina riski var, diqqətli olun!