Yeni vəzifə maaşları: Baş nazir 17160 manat, nazir isə...

19:36 - 19 Mart 2026 - GÜNDƏM

 Yeni vəzifə maaşları: Baş nazir 17160 manat, nazir isə...

Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbər işçilərinə yeni vəzifə maaşlarının müəyyən edilib.

BUTA.TV xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb.

Fərmana əsasən, bəzi dövlət orqanlarının rəhbər işçilərinin əməkhaqlarının artırılması məqsədilə Azərbaycan Respublikasının bəzi dövlət orqanlarının rəhbərlərinin və onların müavinlərinin (Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallar istisna olmaqla) beşinci ödəniş pilləsi üzrə aylıq vəzifə maaşları aşağıdakı məbləğlərdə müəyyən edilib:

Baş nazir 17160 manat

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycanda bu idarələr ləğv olunur

Baş nazirin birinci müavini 15950 manat

Baş nazirin müavini 14850 manat

nazir 13750 manat

digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra hakimiyyəti orqanına bərabər tutulan orqanın rəhbəri 13200 manat

nazirin birinci müavini 12650 manat

nazirin müavini, digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra hakimiyyəti orqanına bərabər tutulan orqanın rəhbərinin birinci müavini 12100 manat

digər mərkəzi icra hakimiyyəti orqanının və mərkəzi icra hakimiyyəti orqanına bərabər tutulan orqanın rəhbərinin müavini 11550 manat

Yerli icra hakimiyyəti başçılarının aylıq vəzifə maaşları beşinci ödəniş pilləsi üzrə aşağıdakı məbləğlərdə müəyyən edilib:

Bakı şəhəri 13200 manat

Gəncə və Sumqayıt şəhərləri 9900 manat

digər şəhər, rayon və şəhər rayonu üzrə 8800 manat.

Müəyyən edilib ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun nəzərə alınmaqla, bu Fərmanda göstərilən vəzifələr üzrə baza aylıq vəzifə maaşı (birinci ödəniş pilləsi) beşinci ödəniş pilləsi üzrə aylıq vəzifə maaşı 1,1 əmsalına bölünməklə, digər ödəniş pillələri üzrə aylıq vəzifə maaşı baza aylıq vəzifə maaşına münasibətdə hər pillə üzrə müvafiq olaraq 2,5 faiz artım tətbiq edilməklə müəyyən edilir və tam ədədə (sonuncu rəqəmi “0” və ya “5” olmaqla) yuvarlaqlaşdırılır.

Bu Fərmana uyğun olaraq müəyyən edilən vəzifə maaşları əsasında əməkhaqqı fondunun formalaşdırılması məqsədilə dövlət orqanlarının saxlanılması xərclərinin tərkibində hər il dövlət büdcəsində vəzifə maaşlarının birinci ödəniş pilləsi üzrə hesablanan illik əməkhaqqı fondu və onun 10 faizi miqdarında əlavə vəsait nəzərdə tutulur.

Fərman 2026-cı il yanvarın 1-dən tətbiq edilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol