Bayram namazı qılındı

09:22 - 20 Mart 2026 - GÜNDƏM

 Bayram namazı qılındı

Təzəpir məscidində Ramazan bayramı namazı qılınıb.

BUTA.TV xəbər verir ki, bayram namazı 09:00-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin pişnamazlığı ilə qılınıb.

Yüzlərlə paytaxt sakininin qatıldığı bayram namazında dualar edilib, Allahdan mərhəmət, əmin-amanlıq və ruzi-bərəkət dilənilib.

Xatırladaq ki, Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur. Bu il Ramazan ayı fevralın 19-da başlayıb. Nazirlər Kabinetinin qərarına əsasən, martın 20-21-i Azərbaycanda Ramazan bayramıdır.

Bu xəbər hal-hazırda çox oxunur
Məzahir Pənahovun maaşı bu qədər artdı

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol