Bu əraziyə qar yağdı

12:10 - 21 Mart 2026 - GÜNDƏM

 Bu əraziyə qar yağdı

Martın 21-i saat 11:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi yerlərində arabir yağıntılı hava şəraiti müşahidə olunub, Şahdağa isə qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən xəbərə görə, düşən yağıntının miqdarı Sarıbaşda (Qax) 9, Balakən və Oğuzda 5, Tərtərdə 4, Şahbuz, Şəki, Qəbələ, Zaqatala, Xaltan (Quba), Beyləqan və Ağdamda 3, Astara, Şərur, Sədərək, Naftalan, İsmayıllı, Şamaxı, Xızı, Bərdə, Zərdab, İmişli, Sabirabad və Biləsuvarda 2, Naxçıvan, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Qobustan, Mingəçevir, Yevlax, Göyçay, Kürdəmir, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Cəlilabad, Goranboy, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa, eləcə də Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.

Martın 20-də bəzi yerlərdə qərb küləyi əsib, küləyin maksimal sürəti Qusarda (Şahdağ) 20, Şabranda 18, Kəlbəcərdə 17 m/s-dək güclənib.

Sumqayıt, Daşkəsən, Göygöl, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Şəmkir, Balakən, Şəki, Oğuz, Qəbələ, Quba, Şamaxı, Qusar, Qobustan, Yevlax, Göyçay, Sabirabad, Neftçala, Biləsuvar, Lerikdə duman müşahidə olunub, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Bu xəbər hal-hazırda çox oxunur
Azərbaycana yaz fəsli daxil oldu

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol