Əfsanəvi Elnur Məmmədov bomj kimi öldü - Foto

13:40 - 24 Mart 2026 - GÜNDƏM

 Əfsanəvi Elnur Məmmədov bomj kimi öldü - Foto

“Parni iz Baku” KVN komandasının qurucularından biri və baş müəllifi, canlı əfsanə sayılan Elnur Məmmədov dünyasını dəyişib.

Bu barədə BUTA.TV-a “Bu şəhərdə” komandasının rəhbəri Müşfiq Abbasov məlumat verib.

O bildirib ki, E.Məmmədovun nəşi sabah Hövsan qəbiristanlığında dəfn olunacaq.

Qeyd edək ki, E.Məmmədov 1988-2001-ci illərdə fəaliyyət göstərən və böyük uğurlara imza atan “Parni iz Baku” KVN komandasının qurucularından biri olub. Həmin illərdə komandanın səhnələrinin ssenarisini də özü yazıb və bir çox KVN-çilərin yetişməsində müstəsna rol oynayıb.

Bu xəbər hal-hazırda çox oxunur
Şəmkirdə ana və oğul döyüldü

1990-cı illərdə böyük media şəbəkəsinə də rəhbərlik edib və geniş ictimai əlaqələrə və imkanlara malik olub.

Karyerasının pik nöqtəsində içkiyə qurşanıb və getdikcə hər şeyini itirib. Ötən il 60 yaşı tamam olan Elnur Məmmədov illərdir bomj həyatı yaşayırdı və bir çox xəstəlikdən əziyyət çəkirdi. Sadiq dostlarının təkidlərinə baxmayaraq, müalicə olunmaqdan imtina etmişdi.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol