Masallıda dağlıq ərazidə köməksiz vəziyyətdə qalan şəxs xilas olunub.
Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonunun Ərkivan qəsəbəsində 1 nəfərin dağlıq ərazidə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin həmin əraziyə ən yaxın xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələrinin mürəkkəb relyefli ərazidə keçirdiyi xilasetmə əməliyyatı nəticəsində vətəndaş təhlükəsiz əraziyə çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.
- Sabah gecədən intensiv yağış yağacaq – Xəbərdarlıq
- Moldova səfirinin oğlu Şuşada "Şən Azərbaycan"ı oxudu – Video
- Səfirdən maraqlı paylaşım - Oğlu azərbaycanca oxudu - Video
- Salyanda 27 kilo çətənə kolu ələ keçirildi
- Sabahın hava proqnozu açıqlandı
- Azərbaycandan Ermənistana bu məhsullar yola salındı
- Prezidentə məlumat verildi: Bu kənddə 20 ev bərpa ediləcək
- Prezident Şuşaya getdi - Video - Fotolar - Yenilənib