İran İsveçdə Qurani-Kərimin təhqir olunmasını kəskin şəkildə pisləyir.
BUTA.TV xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani öz çıxışı zamanı bildirib.
“Təəssüflər olsun ki, bəzi Avropa ölkələri söz azadlığını dəstəkləmək kimi saxta bəhanə ilə İslami dəyərlərə qarşı nifrət və cəmiyyətdə İslamofobiya yaradırlar. Bir milyard yarım müsəlmanın müqəddəs kitabının təkrar təhqir olunması bütün müsəlmanlara qarşı nifrət və zorakılığı təbliğ etməyin bariz nümunəsidir və bu cür hərəkətlərin söz və fikir azadlığı ilə heç bir əlaqəsi yoxdur. Müsəlman dünyası İsveç hökumətindən bu cür anti-islam davranışlarının təkrarlanmasının qarşısını almasını və müsəlmanların hisslərini incidənlərin cəzasız qalmasına imkan verməməsini gözləyir”, - Kənani deyib.
- Ötən gün itkin kimi axtarışda olan dörd nəfər tapıldı
- Kür çayında cərəyanla qanunsuz balıq ovlayan 3 nəfər saxlanıldı
- Ağcabədidəki dəhşətli qəzada ölən qazi imiş
- Bu tarixə kimi yağış yağacaq - Xəbədarlıq
- "Bakı Bus" sürücüsünün kobud qayda pozuntusu... - Video
- Buzovnada qaya daşlarını zədələyən şəxs saxlanıldı
- “Avronyus”da Azərbaycan paxlavası...
- Bakı aeroportu yaz-yay uçuş cədvəlinə keçir