Bakıda 4 otaqlı mənzil 7,3 milyona satışa çıxarıldı

13:00 - 25 Mart 2026 - GÜNDƏM

 Bakıda 4 otaqlı mənzil 7,3 milyona satışa çıxarıldı

Hazırda elan saytlarında təklif olunan ən bahalı mənzil paytaxtın Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yerləşir. Sözügedən əmlak nə az nə çox, 7 milyon 300 min manata satışa çıxarılıb.

BUTA.TV “Yeni Sabah”a istinadla xəbər verir ki, mənzilin ümumi sahəsi 187 kvadratmetr, otaq sayı isə 4-dür.

18 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən bu evin üstünlükləri isə 24/7 mühafizə və lazımi infrastruktur obyektlərinə yaxın olmasıdır. Buna baxmayaraq, mənzilin niyə bu qədər baha olması anlaşılmır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol