Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Milli Preventiv Mexanizm (MPQ) üzvləri Dövlət Təhlükəsizliyi Xidmətinin Müvəqqəti Saxlama Yeri və İstintaq Təcridxanasına başçəkmə həyata keçirib.
BUTA.TV Musavat.com-a istinadən xəbər verir ki, başçəkmə çərçivəsində müəssisədə saxlanma şəraiti - qidalanma, ərzaq təminatı, tibbi yardım, gəzinti, görüş, telefon danışığı ilə bağlı hüquqların təmini vəziyyəti və rəftar məsələləri araşdırılıb. Yenidən təşkil edilmiş görüş otaqlarına və kameralara baxış keçirilib. Rəftar məsələlərinin araşdırılması məqsədilə bir qrup təqsirləndirilən şəxslər, o cümlədən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri və digər ağır cinayətlərdə təqsirləndirilən şəxslər fərdi qaydada qəbul edilib. Qəbul edilmiş şəxslərə hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Müvəkkilin səlahiyyətləri, Ombudsmanın “916” Çağrı Mərkəzinə müraciət qaydası izah olunub. Yekunda Müvəqqəti Saxlama Yeri və İstintaq Təcridxanasının rəhbərliyi ilə müəssisədə həyata keçirilən işlər üzrə müzakirələr aparılıb, milli və beynəlxalq qanunvericiliyə uyğun müvafiq tövsiyələr verilib.
Bildirilib ki, S.Əliyeva şəxsən barəsində 20 illik həbs qərarı verilmiş separatçı Ruben Vardanyanla görüşüb, onu dinləyib.
Qeyd edək ki, bundan əvvəl də S.Əliyevanın R.Vardanyanla görüşü olmuşdu. Lakin buna baxmayaraq, Vardanyan ailə üzvləri vasitəsilə qərəzli məlumatlar yayaraq Ombudsmana böhtan atıb.
- Səbinə Əliyeva Ruben Vardanyanla görüşdü
- Ötən gün itkin kimi axtarışda olan dörd nəfər tapıldı
- Kür çayında cərəyanla qanunsuz balıq ovlayan 3 nəfər saxlanıldı
- Ağcabədidəki dəhşətli qəzada ölən qazi imiş
- Bu tarixə kimi yağış yağacaq - Xəbədarlıq
- "Bakı Bus" sürücüsünün kobud qayda pozuntusu... - Video
- Buzovnada qaya daşlarını zədələyən şəxs saxlanıldı
- “Avronyus”da Azərbaycan paxlavası...