Lənkəranda dəniz qarabatdaqlarının kütləvi tələfatı qeydə alınır.
BUTA.TV APA-ya istinadla xəbər verir ki, dəniz quşlarının tələfatı əsasən şəhərin "Kiçik Bazar" deyilən ərazisində qeydə alınıb. Köçəri quşlar sahilin müxtəlif hissələrində, xüsusilə iri daşların arasında ölmüş vəziyyətdə aşkarlanır. Sakinlərin sözlərinə görə onlar belə kütləvi quş ölümü ilə ilk dəfədir ki, qarşılaşırlar.
Mütəxəssislər ehtimal edir ki, dəniz balıqları ilə qidalanan bu quşların kütləvi ölüm halı bir neçə amillə bağlı ola bilər. Bu amillər əsasən qida çatışmazlığı, suyun çirklənməsi, zəhərlənmə, iqlim dəyişiklikləri və eləcə də virus mənşəli xəstəliklər ola bilər.
Qarabatdaq quşlarının ölümünün dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün müvafiq qurumlar tərəfindən araşdırmaların aparılmasının vacibliyi vurğulanır.
- Əfsanəvi Elnur Məmmədov bomj kimi öldü - Foto
- FHN sürücülərə çağırış etdi
- Sabah intensiv yağış yağacaq
- Muğanlı-İsmayıllı yolunda daha bir sürüşmə... - Foto
- DYP dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq etdi
- Faktiki hava: bu ərazilərə yağış yağıb
- Goranboyda iki nəfər arasında mübahisə: ölən var
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq