Havanın soyuması və leysan yağışları, güclü küləklə bağlı Türkiyədə 15 vilayətdə narıncı, 16 vilayətdə isə sarı xəbərdarlıq elan edilib. Ermənistan və Gürcüstanda da bu gün axşamdan hava temperaturunun 6-8 dərəcə aşağı düşəcəyi gözlənilir. Bu hava dəyişikliyi ölkəmizə necə təsir edəcək?
Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar bürosunun direktoru Gülşad Məmmədova BUTA.TV-a bildirib ki, Bakıda və Abşeron yarımadasında noyabrın 20-si gündüzdən 21-i axşamadək şimal-qərb küləyinin 15-20 metr/saniyə, bəzi yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcəyi gözlənilir.
“Noyabrın 20-si axşamdan 21-i axşamadək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var.
Rayonlarımızda 21-i axşamadək hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Şərqi Zəngəzur, Qarabağ, Qazax-Gəncə, Balakən-Şəki, Dağlıq Şirvan, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı ehtimalı var.
Qərb küləyinin arabir 15-20 metr/saniyə, ayrı-ayrı yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcəyi gözlənilir”, - Məmmədova bildirib.
- İlham Əliyev Ərdoğana başsağlığı verdi
- Anklavların müzakirəsində problem... - Simonyan
- Lavrov erməni jurnalistin Azərbaycanla bağlı sualına qəzəbləndi
- Simonyan dörd dəfə "Qarabağ" dedi - Video
- Araik məhkəmədə üzr istədi: bəs, “əmr verən” kimdir?
- Lavrov: Putin, Əliyev və Paşinyan arasında razılaşma...
- İran Azərbaycana hücum etsə, nə olacaq? – Qoqoya cavab
- İrana hücum olsa, Rusiya nə edəcək? - Mixaylov