ABŞ Abdullahianın xahişini rədd etdi

14:58 - 26 Sentyabr 2023 - GÜNDƏM

 ABŞ Abdullahianın xahişini rədd etdi

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın ABŞ-ın paytaxtı Vaşinqtona səfəri ilə bağlı müraciətinə rədd cavab verilib.

BUTA.TV xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller məlumat verib.

O, ölkəsinin İran rəsmilərinin BMT toplantılarına qatılmaq üçün Nyu Yorka səfərlərinə mane olmadığını açıqlayıb. Əlavə edib ki, bu, Vaşinqton üçün keçərli deyil və İran rəsmilərinin ABŞ-ın paytaxtına səfər etməsi qadağandır:

“Amerika vətəndaşlarının İran tərəfindən davamlı olaraq həbsdə saxlanmasını və İran hökumətinin terrora dəstəyini nəzərə alaraq, ABŞ Abdullahianın Vaşinqtona səyahət icazəsinin verilməsini uyğun və lazımlı hesab etməyib”, - Miller bildirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol