Moskva 18 sentyabrda yüklərin çatdırılmasından sonra Qarabağ sakinlərinə maneəsiz humanitar yardımın davam etdiriləcəyini gözləyir.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova deyib.
“Sentyabrın 18-də Rusiya sülhməramlı kontingentinin və Rusiya Xarici İşlər Nazirliyinin iştirakı ilə Beynəlxalq Qızıl Xaç Komitəsinin səyləri nəticəsində hər iki istiqamətdən eyni vaxtda regiona ərzaq və dərman partiyaları çatdırılıb. Biz yerli əhalinin maraqları naminə maneəsiz və müntəzəm humanitar yardımların davam etdirilməsini gözləyirik. Ümid edirik ki, Qarabağda humanitar vəziyyətin tədricən yaxşılaşdırılması Bakı ilə Xankəndi arasında dialoqun başlanmasına şərait yaradacaq”, - Zaxarova bildirib.
- İllər sonra onu ölümdən qurtaran qəhrəmanla görüşdü - Foto
- Bu il "Son zəng" fərqli tarixdə keçiriləcək
- 37 yaşlı xanıma yüksək vəzifə verildi
- İsveçrədə erməni diasporunun təxribatı iflasa uğradı
- Bakının Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı
- Zakir Həsənov Türkiyə və Qətərə başsağlığı verdi
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- İstanbuldakı Azərbaycan Evi təqdim edildi