Polşanın Poznan şəhərində keçirilən gənclər arasında Avropa Kuboku turnirinin ilk günündə Azərbaycan cüdoçuları 1 gümüş və 3 bürünc medal qazanıb.
Azərbaycan Cüdo Federasiyasından BUTA.TV-a verilən məlumata görə, turnirin ilk günü 5 çəki dərəcəsində 11 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
Oğlanların yarışında -66 kq. çəkidə Aydın Rzayev bürünc medal əldə edib. -73 kq. çəkidə Qadir Hüseynov gümüş medal, Süleyman Əliyev bürünc medal qazanıb. -60 kq. çəkidə Nizami İmranov və -66 kq. çəkidə Nicat Nağıyev yarışı 5-ci yerdə başa vurub.
Qızların yarışında -78 kq. çəkidə Nərmin Əmirli bürünc medala sahib olub. +78 kq. çəkidə Nigar Süleymanova isə yarışı 7-ci yerdə tamamlayıb.
- Xəzərdə zəlzələ oldu
- Xəzər çəkilir: Bakı buxtası ilə bağlı həyəcan siqnalı - Foto
- Tərtərdə ağır qəza: iki qardaş öldü
- Sabahın hava proqnozu açıqlandı
- Bu yolda sürət həddi endirildi – Xəbərdarlıq
- Bakıda 4 otaqlı mənzil 7,3 milyona satışa çıxarıldı
- Əflatun Amaşov qəzaya düşdü - Video
- Bakıda yağıntı intensivləşəcək – Xəbərdarlıq