Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına yeni direktor təyin olunub.
Kult.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki,teatrın direktor vəzifəsinə Yusif Eyvazov təyin olunub.
Bununla bağlı mədəniyyət nazirinin birinci müavini, nazir səlahiyyətlərini icra edən Adil Kərimli müvafiq əmr imzalayıb.
Qeyd edək ki, Y.Eyvazov opera müğənnisi, dramatik tenor, Azərbaycan Respublikasının Xalq artistidir.
O, 1996-cı ildə Bakı Musiqi Akademiyasına daxil olub, 2003-2007-ci illərdə təhsilini İtaliyanın məşhur “Istituto Musicale Pareggiato Achille Peri” institutunda vokal ixtisası üzrə davam etdirib, Franko Korelli, Luçano Pavarotti, Maqda Oliveri, Plaçido Dominqo kimi opera korifeylərindən ustad dərsləri alıb. Y.Eyvazov Kapriolo, Montanyana və Milan vokal müsabiqələrinin finalçısı və qalibi olub. Milanın La Skala Operası, Vyana Dövlət Operası, Berlin Dövlət Operası, Nyu-York Metropoliten-Opera, Rusiya Dövlət Akademik Böyük Teatrı (Bolşoy Teatr), Sankt-Peterburqun Mariinski Teatrı kimi məşhur səhnələrdə çıxış edib.
Xatırladaq ki, bundan əvvəl sözügedən teatrın direktoru əməkdar incəsənət xadimi Akif Məlikov olub.
- Sabah bu yollar bağlanacaq
- Səbinə Əliyeva Ruben Vardanyanla görüşdü
- Ötən gün itkin kimi axtarışda olan dörd nəfər tapıldı
- Kür çayında cərəyanla qanunsuz balıq ovlayan 3 nəfər saxlanıldı
- Ağcabədidəki dəhşətli qəzada ölən qazi imiş
- Bu tarixə kimi yağış yağacaq - Xəbədarlıq
- "Bakı Bus" sürücüsünün kobud qayda pozuntusu... - Video
- Buzovnada qaya daşlarını zədələyən şəxs saxlanıldı