Böyük Britaniyanın Baş naziri Rişi Sunak avtomobildə təhlükəsizlik kəmərini taxmadan oturduğu üçün cərimələnib.
BUTA.TV xəbər verir ki, bu barədə İngiltərənin şimal-qərbində yerləşən Lankaşir qraflığı polisinin yaydığı məlumatda bildirilib.
Böyük Britaniya polisi Baş nazirin təhlükəsizlik kəmərindən istifadə etmədiyini göstərən videoya baxaraq cərimə tətbiq edib.
“Sosial mediada Lankaşirdə hərəkətdə olan avtomobildə sərnişinin təhlükəsizlik kəmərindən istifadə etmədiyini əks etdirən videonun yayılmasından sonra biz Londondan olan 42 yaşlı kişiyə yanvarın 20-də cəriməni ödəmək üçün şərti təklif göndərdik”, - deyə məlumatda bildirilir.
Adətən polisin açıqlamasında şəxsin adı verilmir, lakin bütün məlumatlar söhbətin hökumət başçısından getdiyini göstərir.
Hökumət başçısının nümayəndəsi onun adından üzr istəyib: "Bu, səhv qərar idi. Baş nazir kiçik bir video-mesaj yazmaq üçün kəmərini açmışdı. O, bunun səhv olduğunu etiraf edir və buna görə üzr istəyir. Baş nazir əlbəttə ki, cərimənin şərtlərini yerinə yetirəcək", - deyə hökumət başçısının nümayəndəsi "Skay Nyus"a bildirib.
Polisin protokolunda cərimənin məbləği göstərilməyib. Böyük Britaniyada sürücü və ya sərnişin maşın sürərkən təhlükəsizlik kəmərindən istifadə etməsə, 100-500 funt-sterlinq məbləğində cərimələnir.
- Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
- İsrail səfirliyi yanında atışma: ölü və yaralılar var
- Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok…
- Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
- COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
- Bu gün Bakıda mühüm addım atıldı - Nazir
- COP29-da tarixi qərar qəbul olundu
- COP29 Paris Sazişinin iki maddəsini qəbul etdi