Bakının Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı

18:36 - 22 Mart 2026 - GÜNDƏM

 Bakının Milli Etalon Vaxtının göstərilməsinə başlanıldı

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutu (AzMİ) tərəfindən ölkədə vaxt etalonunun tətbiqi istiqamətində mühüm addım atılıb.

BUTA.TV xəbər verir ki, Bakının simvollarından biri olan Saat qülləsində (Paraşüt qülləsi) artıq Azərbaycanın Milli Etalon Vaxtı - UTC (AZ) əsasında vaxt göstərilir. Bununla bağlı Bulvar ərazisində, qüllənin yaxınlığında məlumatlandırıcı stend də quraşdırılıb.

Saat qülləsində UTC (AZ)-ın tətbiqi milli vaxt mənbəyinin ictimai məkanlarda istifadəsinin genişləndirilməsi və vaxt sinxronizasiyasının təmin olunması istiqamətində atılan mühüm addımlardan biridir.

Bu nailiyyət AzMİ-nin, xüsusilə Vaxt və tezlik ölçmələri laboratoriyasının həyata keçirdiyi məqsədyönlü fəaliyyətin nəticəsidir və ölkədə vaxt metrologiyasının inkişafına mühüm töhfə verir.

Qeyd edək ki, Milli Etalon Vaxtı - UTC (AZ) Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro (Bureau International des Poids et Mesures – BIPM) tərəfindən ötən ilin noyabr ayında təsdiq olunub. Bu isə ölkədə vahid və etibarlı vaxt infrastrukturunun formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol