Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) Böyükşor Tullantı Sutəmizləyici Qurğusunun (TSTQ) tikintisi istiqamətində işlərə başlayıb.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, qurğunun tikinti layihəsinin altına düşən torpaq sahələrinin mülkiyyətçilərinə dəyən zərərə görə, kompensasiya hesablanacaq.
Paralel olaraq, Salyan şəhərində 11 tullantı su nasos stansiyasının, Xaçmazda 6 ədəd kiçik sututarın tikintisi isitqamətində də işlərə başlanılıb.
Sözügedən ərazilərdə də tikinti layihələri altına düşən torpaq sahələrinin mülkiyyətçilərinə dəyən zərərə görə, kompensasiya hesablanacaq.
Qeyd edək ki, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında Böyükşor hövzəsində Böyükşor gölü yaxınlığında gücü 157500 m3/gün olan yeni TSTQ-nın (tullantı sularının təmizləyici qurğusu) inşası təklif edilib.
- Muğanlı-İsmayıllı yolunda daha bir sürüşmə... - Foto
- DYP dumanlı hava ilə bağlı sürücülərə xəbərdarlıq etdi
- Faktiki hava: bu ərazilərə yağış yağıb
- Goranboyda iki nəfər arasında mübahisə: ölən var
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Şəmkirdə ana və oğul döyüldü
- Gözlənilən qərar: Tələbə ancaq tələbəni görəcək?
- Sabah bu şəhərdə qaz olmayacaq