Nə Türkiyədə, nə də Türkiyə hökumətində Ermənistanla sərhədin açılmasına qarşı çıxan var.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə parlamentinin erməni əsilli keçmiş deputatı Qaro Paylan deyib.
“Sərhəd açılsa, turistlər hər iki tərəfdən gəlib-gedə biləcəklər. Ermənistana buğdanın 95 faizi Rusiyadan gəlir və belə asılılıq yaxşı deyil. Eyni şey qaza da aiddir. Bu vəziyyəti bir az dəyişdirmək lazımdır. Bu müqavilə (sülh sazişi nəzərdə tutulur – red.) imzalansa, biz qazın 40 faizini Azərbaycandan, 20 faizini İrandan, 40 faizini isə Rusiyadan ala biləcəyik. Eyni şey buğdaya da aiddir, 40 faizini Türkiyədən və ya başqa ölkələrdən ala bilərik. Biz azad və müstəqil olmalıyıq. Təəssüf ki, çox emosionalıq, lakin siyasətçi təhlükələri və imkanları görməlidir”, - Paylan bildirib.
Paylanın sözlərinə görə, bu məsələdə ABŞ Prezidenti Donald Trampın mövqeyi önəmlidir:
“Tramp praqmatik liderdir, bütün ölkələrlə ticarət etmək istəyir. Ərdoğan da həm praqmatik prezidentdir, həm də bütün ölkələrlə ticarət etmək istəyir. Amma bir fərq var: Ərdoğan Baydendən qorxmurdusa, Trampdan qorxur. Tramp varlıları sevir və Amerikada çoxlu zəngin ermənilər var, onlar gedib Trampa deyə bilərlər ki, bu sülhü təşkil et”.
- Azərbaycanda çörək bahalaşdı: çəkisi də artdı
- Paylan təklif etdi: 40%-ni Bakıdan alaq...
- XİN-dən saxlanılan gəmilərimizlə bağlı yeni açıqlama
- Nikol Zəngəzurun əvəzində Bakıdan bunu istəyə bilər...
- Pezeşkian azərbaycanlılara qarşı təhqirlərdən danışdı
- Razılaşdırılmayan 2 maddə ilə bağlı təkliflərimiz budur
- Azərbaycana maneəsiz keçid verməyə hazırıq, ancaq... - Paşinyan
- Ağcabədidə uşağın evə gətirdiyi qumbara partladı: 5 nəfər öldü