Dünən günorta saatlarında Abşeron rayonu Masazır qəsəbəsində qətl törədilib.
“BUTA.TV” xəbər verir ki, saat 14 radələrində 1993-cü il təvəllüdlü Ayxan Əhliman oğlu Hacızadə yaşadığı Masazır qəsəbəsi “Yeni Masazır” yaşayış kompleksindəki mənzildə bıçaqlanıb. O, qarın və kürək nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya aparılarkən yolda ölüb. Hadisəni törətməkdə şübhəli bilinən Ayxanın həyat yoldaşı 1993-cü il təvəllüdlü Nazirə Nazir qızı Əliyeva tutulub.
Onların 4 azyaşlı övladının olduğu bildirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
- "Milli namus məsələsi" - Sənədli film
- Namiq villasını nümayiş etdirdi - Video
- Qəza enişi edən təyyarədə azərbaycanlı məşhurlar da olub...
- Bu şəxslər 300 manatdan çox müavinət ala bilər
- İllər sonra onu ölümdən qurtaran qəhrəmanla görüşdü - Foto
- Bu il "Son zəng" fərqli tarixdə keçiriləcək
- 37 yaşlı xanıma yüksək vəzifə verildi
- İsveçrədə erməni diasporunun təxribatı iflasa uğradı