Dünən günorta saatlarında Abşeron rayonu Masazır qəsəbəsində qətl törədilib.
“BUTA.TV” xəbər verir ki, saat 14 radələrində 1993-cü il təvəllüdlü Ayxan Əhliman oğlu Hacızadə yaşadığı Masazır qəsəbəsi “Yeni Masazır” yaşayış kompleksindəki mənzildə bıçaqlanıb. O, qarın və kürək nahiyəsindən kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya aparılarkən yolda ölüb. Hadisəni törətməkdə şübhəli bilinən Ayxanın həyat yoldaşı 1993-cü il təvəllüdlü Nazirə Nazir qızı Əliyeva tutulub.
Onların 4 azyaşlı övladının olduğu bildirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
- Sabah bu rayonda qaz olmayacaq
- Saxta kurslarla bağlı çağırış: Diqqətli olun!
- Yeniyetməni oğurlayıb pul tələb edənlərə hökm oxundu
- Samir Nuriyev Xocavəndin Baş planı ilə tanış oldu - Foto
- Kazino oyunlarına qarşı əməliyyat: 4 nəfər tutuldu - Video
- Tarixi abidəyə qanunsuz müdaxilənin qarşısı alındı - Foto
- Bakıda kişi keçmiş sevgilisinin üzərinə yandırıcı maddə tökdü
- Bayram günlərində suyun kəsilməməsi üçün... - ADSEA